• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

"Qarabağ" dünya reytinqində gerilədi

İDMAN

11 Dekabr 2025 | 10:34

Qarabağ dünya reytinqində gerilədi

"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb.

"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.

"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir./Report


SON XƏBƏRLƏR

10 Dekabr 2025