• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Ötən ay TƏBİB-in çağrı mərkəzinə daxil olan zənglərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

11 Dekabr 2025 | 11:02

Ötən ay TƏBİB-in çağrı mərkəzinə daxil olan zənglərin SAYI AÇIQLANDI

“2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 11 508-i dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

"Daxil olan müraciətlərin mövzusuna gəlincə, müraciətlər əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

10 Dekabr 2025