• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Plastik əməliyyatları “epidemiya” adlandırd

CƏMİYYƏT

10 Dekabr 2025 | 20:00

Plastik əməliyyatları “epidemiya” adlandırd

Kate Winslet plastik əməliyyatları "epidemiya" adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, "Titanik" filminin ulduzu Kate Winslet plastik əməliyyatların və kosmetik müdaxilələrin bu qədər yayılmasını tənqid edib.

Aktrisa verdiyi müsahibədə bu trendi "təhlükəli" adlandıraraq xüsusilə gənc qadınların üzləşdiyi psixoloji təzyiqə diqqət çəkib.

Winslet bildirib ki, insanlar estetik görünüşə görə öz dəyərlərini bağlayır, sağlamlıq risklərini gözardı edirlər. Aktrisa özü plastik əməliyyat etdirmədiyini vurğulayıb və təbii gözəlliyi, yaşlanma ilə gələn təcrübəni önə çıxarmağın vacibliyini qeyd edib.

Aktrisanın bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub, izləyicilər təbii gözəllik və estetik müdaxilələr arasında balansın vacibliyini müzakirə edirlər./Milli.az


SON XƏBƏRLƏR