• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycanın dövlət qurumlarında AI-nin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək

CƏMİYYƏT

24 Oktyabr 2025 | 14:00

Azərbaycanın dövlət qurumlarında AI-nin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək

Azərbaycanın dövlət qurumlarında süni intellektin (AI) tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün xüsusi meyarlar müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka - insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, qurum artıq bir sıra bazar araşdırmaları aparıb və həm dövlət, həm də özəl qurumlarda qiymətləndirmələr həyata keçirilib.

S.İmaməliyev bildirib ki, inklüzivliyin praktiki təmin olunması üçün müxtəlif təlim və potensialın artırılması proqramları icra olunur.

"Artıq Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və Psixi Sağlamlıq Xidmətləri Agentliyinin əməkdaşları üçün AI təlim mərkəzləri təşkil edilib. Bu təşəbbüslərin əsas məqsədi vətəndaş yönümlü xidmətlərin ilk prioritet kimi təmin olunmasıdır".


SON XƏBƏRLƏR

23 Oktyabr 2025