• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Baş nazir: Ukrayna qış üçün əlavə qaz idxalı məsələsini təcili həll etməlidir

DÜNYA

24 Oktyabr 2025 | 13:56

Baş nazir: Ukrayna qış üçün əlavə qaz idxalı məsələsini təcili həll etməlidir

Ukrayna təcili olaraq əlavə qaz idxalı məsələsini həll etməlidir.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko Ali Radada bildirib.

O, idxal edilməli olan qazın həcmini açıqlamayıb.

Baş nazirin sözlərinə görə, Ukrayna istilik mövsümünün əvvəlinə yeraltı anbarlara 13,2 milyard kubmetr qaz vurmağı planlaşdırmışdı.

"Bu göstəriciyə nail olunub", - o qeyd edib.

Qaz sisteminə hücumlar nəticəsində daxili hasilatdakı itkilərə toxunan Y.Sviridenko qaz idxalı ilə bağlı əlavə həcmlər məsələsinin həllinin vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025