• Bakı 13° C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

WP: Zelenski ərazi məsələsində güzəştə gedə bilər

DÜNYA

23 Noyabr 2025 | 13:41

WP: Zelenski ərazi məsələsində güzəştə gedə bilər

Floridada Amerika rəsmiləri ilə görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, Volodimir Zelenski sülh razılaşması müqabilində Donbasın bir hissəsini Rusiyaya verməyə hazır ola bilər.

 Bakıvaxtı.az "The Washington Post"a (WP) istinadən xəbər verir ki, Umerov Ukraynanın ordusunu 600 min əsgərə qədər azaltmağa razılaşa biləcəyini də bəyan edib. 

Nəşrin məlumatına görə, ABŞ və digər ölkələrdən Rusiyanın Krım, Donbas və Ukraynanın vermək məcburiyyətində qalacağı digər ərazilər üzərində suverenliyini tanıması tələb olunacaq. Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alacaq. 

Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə demilitarizasiya zonası yaradılmalıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

22 Noyabr 2025