• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Tokayev: Qazaxıstanda güclü prezident hakimiyyəti qorunub saxlanmalıdır

DÜNYA

24 Oktyabr 2025 | 14:22

Tokayev: Qazaxıstanda güclü prezident hakimiyyəti qorunub saxlanmalıdır

Qazaxıstan güclü prezident hakimiyyətinə malik dövlət olaraq qalmalıdır.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Respublika Günü münasibətilə təşkil edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib.

"Bu, parlament sistemlərinin artıq təhlükəsizlik və qayda-qanun, sabitlik və inkişaf baxımından öz təyinatını yerinə yetirmədiyi dünyada ölkəmizin etibarlı gələcəyinin təmin edilməsi məsələsidir. Xalqımızın dövlətçiliyini riskə atmağa haqqımız yoxdur, biz bəzi ekspertlərin və siyasətçilərin səthi konsepsiyalarına kor-koranə əməl etməməliyik", - o vurğulayıb.

Bununla yanaşı, Tokayev xatırladıb ki, bu yaxınlarda etdiyi müraciətdə parlament islahatlarının başladıldığını elan edib.

Onun fikrincə, bu təşəbbüsün əvvəlcədən elan edilməsi ölkədəki siyasi proseslərin şəffaflığını nümayiş etdirir: "Konstitusiyaya dəyişikliklər təkcə parlamenti deyil, həm də prezident, hökumət və siyasi sistemin bir çox digər aspektlərini əhatə edəcək".


SON XƏBƏRLƏR