• Bakı 13° C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Günəşin parlaqlığını zəiflətmək istəyirlər - Alimlərdən qorxulu plan

DÜNYA

23 Noyabr 2025 | 14:18

Günəşin parlaqlığını zəiflətmək istəyirlər - Alimlərdən qorxulu plan

İsraildə fəaliyyət göstərən "Stardust" startapı Yer səthində istiliyi azaltmaq məqsədilə Günəşin parlaqlığını süni şəkildə zəiflətməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı "New Yorker" yayıb.

Startap vulkan püskürmələrini təqlid edən üsuldan istifadə etməyi düşünür. Bu texnologiyada xüsusi hissəciklər buludların üzərinə səpələnərək Günəş şüalarının bir qismini kosmosa əks etdirəcək və nəticədə Yer səthində istilik azalacaq.

Bu proses "günəş işığının əks etdirilməsi texnologiyası" və ya geo-mühəndislik adlanır. Alimlər bunu iqlim dəyişikliyinə qarşı potensial həll yolu kimi görürlər, lakin bir çox mütəxəssis bu addımı təhlükəli hesab edir.

"Stardust" hissəciklərin tərkibini açıqlamır, amma onları insanlar və ekosistem üçün təhlükəsiz olduğunu bildirir. Şirkət texnologiyanı birbaşa tətbiq etməyəcək, yalnız hökumətlərə alət və məlumat təqdim edəcək./Milli.az


SON XƏBƏRLƏR

22 Noyabr 2025