Latviya hakimiyyət orqanları Rusiya və Belarusla sərhəddə yerləşən hava məkanında axşam və gecə saatlarında uçuş qadağasını ayın sonuna qədər uzadıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, qadağa noyabrın 30-dək qüvvədə olacaq.
Məhdudiyyətlər və onların uzadılması barədə məlumat ölkənin bütün hava məkanı istifadəçilərinə çatdırılıb. Oxşar qadağa Estoniya və Litva ilə sərhəddə uçuşlar üçün də eyni müddətə uzadılıb.
Qeyd olunub ki, yalnız hərbi idarə tərəfindən icazə verilən uçuşlar hava məkanına daxil ola biləcək.
Gülşən Şərif
Bakı 



