• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

SİYASƏT

24 Oktyabr 2025 | 14:16

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib

“Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb.

    Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Dövlət Turizm Agentliyi müəyyən edilib. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


    SON XƏBƏRLƏR