İran təkbaşına Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə qarşılıqlı əlaqəni davam etdirir.
Baıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
O, bildirib ki, vasitəçilərə ehtiyac yoxdur:
"Agentlik və onun İdarə Heyətinin üzvləri ABŞ, İsrail və İranın dinc nüvə obyektlərinə hərbi hücumun digər tərəfdarlarını məsuliyyətə cəlb etməlidirlər. Bizim vasitəçi yardıma ehtiyacımız yoxdur. İran agentliklə, o cümlədən Vyanadakı daimi nümayəndəliyi vasitəsilə qarşılıqlı əlaqədə olur".
Gülşən Şərif
Bakı 



