• Bakı 21° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

İranda deputatlar nüvə silahı hazırlamaq tələbi ilə çıxış ediblər

DÜNYA

24 Sentyabr 2025 | 10:22

İranda deputatlar nüvə silahı hazırlamaq tələbi ilə çıxış ediblər

İranda 71 deputat İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasını ölkənin müdafiə doktrinasına yenidən baxmağa çağırıblar.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı informasiya vasitəsi yayıb.

Onlar qeyd edib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei nüvə silahının istehsalı və istifadəsinin qadağan edilməsi haqqında fətva verib: "Ancaq onun hazırlanması və çəkindiriclik məqsədi ilə toplanması tamam başqa məsələdir".

Deputatlar buna görə də İranın müdafiə doktrinasına yenidən baxılmasını tələb ediblər. Onların qənaətincə, 12 günlük İsrail-İran müharibəsindən sonra ölkə ictimaiyyətinin atom silahının yaradılmasına dəstəyi əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, İran parlamentinin 290 üzvü var.


SON XƏBƏRLƏR

23 Sentyabr 2025