• Bakı 30° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

“Sədərək”dəki yanğın məhdudlaşıdırılıb -YENİLƏNİB

CƏMİYYƏT

25 Avqust 2025 | 09:17

“Sədərək”dəki yanğın məhdudlaşıdırılıb -YENİLƏNİB

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.

Bakıvaxtı.az "Report"a istinadənı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.

***

09:01

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Ötən gün günorta saatlarından (11:50 radələrində-Qeyd) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.


SON XƏBƏRLƏR

24 Avqust 2025