• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

AQTA-da bir sıra kadr dəyişikliyi olub

CƏMİYYƏT

24 Sentyabr 2025 | 14:42 | Müəllif: Əli Hüseynov

AQTA-da bir sıra kadr dəyişikliyi olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, sədr Qoşqar Təhməzlinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.

H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda baş direktorun katibliyində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026