• Bakı 25° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Sumqayıtda qaz təchizatında fasilə olacaq - YENİLƏNİB

CƏMİYYƏT

25 Avqust 2025 | 19:46

Sumqayıtda qaz təchizatında fasilə olacaq - YENİLƏNİB

Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən Bakıvaxtı.az-a bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.

Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.

Qurum abonentlərdən yaranacaq narahatlığa görə üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirləri görməyi tövsiyə edib.

***

18:10

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov yaşayış massivində yerləşən orta təzyiqli D-159 mm-lik qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 19:00-dan etibarən 550 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Sumqayıt QİS-dən məlumat verilib.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.


SON XƏBƏRLƏR