• Bakı 19° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

DİM: Gələn ilin qəbul imtahanlarında builki model tətbiq olunacaq

CƏMİYYƏT

24 Sentyabr 2025 | 17:10

DİM: Gələn ilin qəbul imtahanlarında builki model tətbiq olunacaq

Gələn ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında builki imtahan modeli tətbiq olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.


SON XƏBƏRLƏR