• Bakı 20° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Hər rayonun öz taksisi: "Manatlıq"ları birdən-birə  yığışdırmaq olmaz

CƏMİYYƏT

24 Sentyabr 2025 | 16:17

Hər rayonun öz taksisi: Manatlıqları birdən-birə  yığışdırmaq olmaz

Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, bu, qanunvericilikdə var:

“Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır",

Maraqlıdır ki, bu xidmət növü bütün taksi sürücülərinə şamil olunubmu?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, taksilər qeydiyyatdan keçəndə, buraxılış vərəqəsi və sənədlər alanda fəaliyyətin hansı ərazidə həyata keçiriləcəyi qeyd olunur:

"Əgər taksi Gəncədə qeydiyyatdan keçirilibsə, Gəncədə fəaliyyət göstərməlidir. Yəni, taksi xidmətində isifadə olunacaq avtomobil hansı regionda qeydiyyatdan keçilibsə, həmin region üzrə də fəaliyyət göstərməlidir. Bu, yükdaşıma üçün də keçərlidir. Qeyd olunan tələblə bağlı taksi operatorlarına bu barədə öncədən məlumat verilir və nəzarət mexanizmi bu tələbə uyğun tətbiq olunur. Məsələn, Sumqayıt taksisi Sumqayıtdan müştəri götürərək Bakıya gəlirsə, taksi operatoru artıq Bakıda ona müştəri yönləndirmir”.

Elməddin Muradlı: Sumqayıt taksisi Bakıya müştəri gəlirsə, operator artıq Bakıda ona müştəri yönləndirmir

E.Muradlı onu da qeyd edib ki, hazırda Bakı-Sumqayıt arasında işləyən "manatlıq" taksilər qanunsuz şəkildə bu fəaliyyətlə məşğuldurlar. Həmin taksi sürücüləri üçün ayrıca bir kriteriya yoxdur.

"Sözügedən boşluğun tənzimlənməsinə ehtiyac var. Sərnişinlər avtobus tapa bilməyəndə "manatlıq" taksilərdən istifadə edirlər. Ona görə də "manatlıq" taksilərin fəaliyyətini birdən-birə dayandırmaq olmaz", - deyə ekspert əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR