• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

BQXK Azərbaycanda fəaliyyətini dayandırır

SİYASƏT

25 Avqust 2025 | 19:15 | Müəllif: Gülşən Şərif

BQXK Azərbaycanda fəaliyyətini dayandırır

Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya BQXK-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.

Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".

O, bu müzakirələrin təfərrüatlarını şərh etməyib.

Qeyd edək ki, BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib ki, təşkilatın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026