• Bakı 25° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Baş Mil Kanalından meyit tapılıb - YENİLƏNİB

CƏMİYYƏT

25 Avqust 2025 | 17:54

Baş Mil Kanalından meyit tapılıb - YENİLƏNİB

Füzulidə Baş Mil Kanalından meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, suyun tunel hissəsində axtarışlar nəticəsində aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.

    Meyitin iyunun 26-da su kanalında batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadəyə aid olub-olmaması araşdırılır.

    ***

    17:20

    İki ay əvvəl boğulan yeniyetmənin meyitinin axtarışları üçün Baş Mil kanalının suyu tamamilə qurudulub.

    Bakıvaxtı.az xəbər verir ki, iyunun 25-də Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində kanalda batan 2009-cu il təvəllüdlü Nihad Nağızadənin axtarışları davam etdirilir.

    Bildirilib ki, bu məqsədlə Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci dukerdə su qurudulub.

    Qeyd edək ki, hadisə baş verdiyi gündən Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yeniyetmənin meyitinin axtarışlarına cəlb olunub.


    SON XƏBƏRLƏR