• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

KİV: Zalujni Zelenskini əvəz edəcək uyğun namizəddir

DÜNYA

25 Avqust 2025 | 15:40

KİV: Zalujni Zelenskini əvəz edəcək uyğun namizəddir

Bu ilin fevral ayında Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında yaşanan mübahisədən sonra, ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynanın Londondakı səfiri Valeri Zalujniyə zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə anonim mənbələr “The Guardian” qəzetinə məlumat veriblər.

    Zalujni isə Ukrayna hökuməti ilə məsləhətləşmələr apardıqdan sonra zəngə cavab verməkdən imtina edib.

    Qəzetdə dərc olunan məqalədə, Zalujninin hazırkı Ukrayna prezidenti Volodimir Zelenskinin yerinə prezidentlik üçün ideal namizəd olduğu iddia olunur və ABŞ vitse-prezidentinin zənginin də məhz bu səbəbdən olduğu spekulyasiyası irəli sürülür.

    Lakin məqalədə qeyd olunur ki, Zalujni Zelenski hökumətinə sadiqdir və indiyə qədər siyasi ambisiyalarının olduğu barədə açıqlama verməyib.

    Qeyd edək ki, Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı olub.

    Hazırda isə o Ukraynanın Böyük Britaniyadakı səfiri olaraq fəaliyyət göstərir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026