• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fransada məktəbli müəlliminə bıçaqla hücum edib

DÜNYA

24 Sentyabr 2025 | 14:46 | Müəllif: Əli Hüseynov

Fransada məktəbli müəlliminə bıçaqla hücum edib

Fransada 14 yaşlı şagird dərs zamanı musiqi müəlliminin üzünə bıçaqla xəsarət yetirib.

Bu barədə Bakıvaxtı.az-a yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, müəllim xəstəxanaya çatdırılıb.

Həmçinin bildirilib ki, şübhəli şəxs hücumdan dərhal sonra həbs edilib.

Məlumata görə, şübhəli şəxs həbs zamanı özünə də xəsarət yetirib və yerli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu, sentyabr ayının əvvəlindən Fransada baş verən ikinci belə hadisədir. Sentyabrın 10-da Antib şəhərində bir gənc kollecdə müəllimi və şagirdi bıçaqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026