• Bakı 25° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

İngiltərənin Vayt adasında helikopter qəzaya uğrayıb

DÜNYA

25 Avqust 2025 | 19:34

İngiltərənin Vayt adasında helikopter qəzaya uğrayıb

İngiltərənin Vayt adasında baş verən helikopter qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, helikopter havada fırlanaraq tarlaya düşüb. Hadisə baş verən zaman helikopterdə dörd nəfər olub və onların hava yastıqları açılıb.

Qəza yerinə təcili yardım və polis qüvvələri cəlb edilib, əraziyə gediş-gəliş məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR