• Bakı 19° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Gülnarənin müsadirə edilən 20 milyon dolları ilə bağlı QƏRAR

DÜNYA

24 Sentyabr 2025 | 18:15

Gülnarənin müsadirə edilən 20 milyon dolları ilə bağlı QƏRAR

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilən pullarının 20 milyon dolları təhsil imkanlarının yaxşılaşdırılmasına ayrılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində 45 kənd məktəbinin təmiri, onların su, müasir kanalizasiya, istilik sistemləri və ekoloji cəhətdən təmiz enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aprel ayında Gülnarə Kərimovanın İsveçrə banklarında saxladığı 67 milyon dollar pul Özbəkistana qaytarılıb. Prosesə nəzarət etmək üçün BMT-nin nəzdində fond yaradılıb./Teleqraf


SON XƏBƏRLƏR