Ukraynanın Rusiyanın Krasnodar diyarına kütləvi PUA hücumları ilə əlaqədar Soçi şəhərindəki çimərliklər boşaldılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər meri Andrey Proşunin bildirib.
Onun sözlərinə görə, Soçi çimərliklərindən turistlərin təxliyyəsi aparılır.
Mer bununla yanaşı qeyd edib ki, kurortda vəziyyət normal olaraq qalır. Real təhlükə zamanı bütün rayonlarda xəbərdarlıq sistemləri işə salınacaq.