Rusiyanı sülhə məcbur etmək üçün dünya ictimaiyyəti birlikdə hərəkət etməlidir.
Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasının ümumi debatlarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müharibəni və silahlanma yarışını dayandırmaq yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha ucuz başa gəlir.
"Biz birlikdə fərqli hərəkət etməliyik. O zaman bu silahlanma yarışlarının bizə fəlakət gətirməsinin qarşısını almaq şansımız olacaq", - Zelenski qeyd edib.