• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

ABŞ-də dövlət binasında atışma - Yaralılar var

DÜNYA

24 Sentyabr 2025 | 19:37 | Müəllif: Subhan Mahmudov

ABŞ-də dövlət binasında atışma - Yaralılar var

Dallasda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasında atışma baş verib.

Bakıvaxtı.az  CNN-ə istinadən xəbər verir ki, azı 3 nəfər xəsarət alıb.

ICE komissarı vəzifəsini icra edən Todd Lyons bildirib ki, ilkin məlumatlara görə, atəş açan snayper olub. Zərərçəkənlərin vəziyyətinin ağır olduğunu yazır.

Milli Təhlükəsizlik katibi Kristi Noem X sosial media platformasında atəş açan şəxsin intihar etdiyini açıqlayıb. Onun meyiti yaxınlıqdakı binanın damında tapılıb. O, həmçinin qeyd edib ki, yaralıların sayı arta bilər.

Katib əlavə edib ki, hücumun motivi hələ məlum deyil. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026