• Bakı 16° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Erməni kilsəsinə məxsus telekanal bağlanır

DÜNYA

24 Oktyabr 2025 | 19:32

Erməni kilsəsinə məxsus telekanal bağlanır

Ermənistan parlamenti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Bakıvaxtı.az "Sputnik"ə istinadən xəbər verir ki, bu addım ölkədə ictimai yayım statusuna malik telekanalların sayının azaldılmasını nəzərdə tutan qanun dəyişikliyi ilə əlaqədardır.

Yeni qərara əsasən, kilsəyə və bir sıra ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Bunun nəticəsində dini və mədəni proqramlar yayımlayan “Şoqakat” telekanalı fəaliyyətini dayandırmalı olacaq.


SON XƏBƏRLƏR