ABŞ və Ukraynada güclü və düzgün rəhbərlik olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə heç vaxt başlamazdı.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı paylaşımında bildirib.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, ABŞ-da 2020-ci il prezident seçkiləri "saxtalaşdırılmasaydı və oğurlanmasaydı", Ukrayna-Rusiya müharibəsi olmazdı.
"Ukrayna rəhbərliyi səylərimizə görə heç bir minnətdarlıq göstərməyib, Avropa isə Rusiya neftini almağa davam edir. ABŞ Ukraynaya külli miqdarda NATO silahı satmağa davam edir", - deyə Tramp qeyd edib.
Bakı 



