• Bakı 20° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Rusiya: ABŞ ilə münasibətlərin yaxşılaşdırılması ləng gedir

DÜNYA

24 Sentyabr 2025 | 16:13

Rusiya: ABŞ ilə münasibətlərin yaxşılaşdırılması ləng gedir

 

Kremlin sözçüsü Dmitri Peskov ABŞ ilə münasibətlərin yaxşılaşdırılması prosesinin ləng və səmərəsiz irəlilədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, Amerika tərəfinin yalnız Ukrayna böhranına fokuslandığını, halbuki ticarət və iqtisadi sahələrdə əməkdaşlığa başlamağın vacib olduğunu vurğulayıb.

Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında dialoq kanallarının işlədiyini və həssas məsələlərin müzakirə oluna bildiyini qeyd edib.

O, həmçinin Putin-Zelenski görüşünün mümkünlüyünü istisna etməyərək, əvvəlcə ekspertlər səviyyəsində hazırlıq işlərinin görülməsinin zəruri olduğunu bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR