• Bakı 16° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Pistorius: Rusiya hərbi təyyarəsi Almaniya HDQ freqatının üzərindən uçub

DÜNYA

24 Sentyabr 2025 | 19:41

Pistorius: Rusiya hərbi təyyarəsi Almaniya HDQ freqatının üzərindən uçub

Rusiyanın hərbi təyyarəsi Baltik dənizində Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) freqatının üzərindən uçub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı deyib.

"Bu cür uçuşlar hərbi dairələrdə lazımsız təxribat kimi qiymətləndirilir", - o söyləyib.

Pistorius bu hadisəni Rusiyanın pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin Polşa və Estoniyanın hava məkanına daxil olması ilə müqayisə edib.

Onun sözlərinə görə, Rusiya getdikcə daha çox sərhədləri pozur, özü də bunu NATO ölkələri ilə də sınaqdan keçirir.


SON XƏBƏRLƏR