• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Eylata PUA düşməsi nəticəsində 20 nəfər yaralanıb

DÜNYA

24 Sentyabr 2025 | 20:42 | Müəllif: Subhan Mahmudov

Eylata PUA düşməsi nəticəsində 20 nəfər yaralanıb

Yəməndən buraxılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərinə düşməsi nəticəsində azı 20 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, 2 nəfər ağır, 1 nəfər orta dərəcəli, 17 nəfər isə yüngül xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, İsrail ordusu Eylata PUA düşməsi barədə məlumat yayıb. Hərbçilərin məlumatına görə, PUA Yəməndən buraxılıb və onun qarşısını almağa cəhd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026