Xüsusi beynəlxalq komissiya Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət edəcək.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS Qahirədə keçirilən danışıqların yekunlarına dair məlumat yayıb.
“Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək üçün xüsusi beynəlxalq komissiya yaradılacaq”, - onlar bildiriblər.
HƏMAS əlavə edib ki, anklavda hakimiyyət müstəqil texnokratlardan təşkil olunmuş Fələstin komitəsinə veriləcək. Komitə beynəlxalq təşkilatlar və ərəb dövlətlərinin nümayəndələri ilə koordinasiya əsasında Zolaq sakinlərinin əsas ehtiyaclarının ödənilməsinə cavabdeh olacaq.
Bakı 


