• Bakı 25° C

    19.95 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zelenski Starmerlə görüşdü

DÜNYA

24 Oktyabr 2025 | 19:56 | Müəllif: Subhan Mahmudov

Zelenski Starmerlə görüşdü

Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə Dauninq Stritdə ikitərəfli görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı K. Starmer Ukraynaya qarşı Rusiya hücumlarının qarşısını almaq istiqamətində mütləq öhdəlik daşıdıqlarını bildirib. O, Zelenskinin qətiyyəti və cəsarətini yüksək qiymətləndirib, lakin qeyd edib ki, Putin danışıqlara başlamaq istəmir.

K. Starmer əlavə edib ki, bu həftə Rusiyanın neft və qaz sektoruna qarşı təzyiqlərin artırılması mümkündür və artıq böyük irəliləyişlər əldə olunub. Britaniya hökumət başçısı bildirib ki, Böyük Britaniya Ukraynanın ən yaxın müttəfiqi və tərəfdaşıdır. O əlavə edib ki, xüsusilə uzaqmənzilli silahlar və təhlükəsizlik təminatları sahəsində hələ görüləcək işlər qalır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026