• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

DÜNYA

24 Oktyabr 2025 | 19:51 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada "xarici agentlər"in reyestrinə əlavə edilib.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Onunla yanaşı, rusiyalı jurnalistlər İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevski də "xarici agent" elan olunublar.

Nazirlik qeyd edib ki, onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.

Xatırladaq ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukrayna münaqişəsi başladıqdan sonra TASS-dan ayrılıb və hazırda Bakıda yaşayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026