Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Lukaşenko sentyabrın 25-26-da Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Bildirilib ki, Belarus lideri Qlobal Atom Forumunda iştirak edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Hər iki dövlət başçıları ikitərəfli münasibətlərə dair qeydləri müqayisə edəcək və beynəlxalq gündəliyi müzakirə edəcəklər.
Mina Mikayılova