III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri artıq Azərbaycana gəlməyə başlayıblar. Bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər. Onlar stolüstü tennis və atıcılıq yarışlarında mübarizə aparacaqlar.
Bakıvaxtı.az xəbər verir ki, qonaqları hava limanında III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar. İdmançılar enişdən dərhal sonra yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarışların açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda baş tutacaq.
Əli Hüseynov