• Bakı 24° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Kreml: Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək

DÜNYA

24 Sentyabr 2025 | 16:55

Kreml: Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Qlobal Atom Forumunda iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya lideri ilə birlikdə forumda Belarusun Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, həmçinin İran İslam Respublikasının, Özbəkistanın, eləcə də digər ölkələrin nümayəndələri iştirak edəcəklər", - məlumatda qeyd olunub.

Bildirilib ki, sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin ölkənin atom sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda çıxış edəcək.

Daha əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə Moskvada Paşinyanla Putinin görüşünün planlaşdırıldığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR