• Bakı 19° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

TikTok qalmaqalı: Ana polisə, azyaşlı dövlət müəssisəsinə...

CƏMİYYƏT

24 Sentyabr 2025 | 17:14

TikTok qalmaqalı: Ana polisə, azyaşlı dövlət müəssisəsinə...

Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, komitə tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılıb.

Qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilib.

T.Mərdanoğlunun sözlərinə görə, hazırda, yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb:

"Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi də təmin olunub".

Mina Mikayılova


SON XƏBƏRLƏR