UEFA İsrail futbol klublarının Avropa turnirlərindən kənarlaşdırılması ilə bağlı məsələni gündəmdən çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.
Məlumata görə, UEFA İsrailin Avropa futbol yarışlarından uzaqlaşdırılması ilə bağlı məsələyə son qoyub və bu barədə rəsmi qərar qəbul olunub.
Portala əsasən, bu qərar ABŞ rəsmilərinin təzyiqindən sonra gündəmdən çıxarılıb və bununla "Makkabi Təl-Əviv"in Avropa turnirləri çərçivəsində ev oyunlarını keçirməsi üçün yol açılıb.
"Makkabi"nin ilk oyunu sentyabrın 24-də keçiriləcək və rəqibi Yunanıstanın PAOK klubu olacaq./Axar.az