• Bakı 16° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Muxtar Babayev: COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu...

COP29

24 Sentyabr 2025 | 19:32

Muxtar Babayev: COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu...

COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, COP29-da danışıqçıların üzərində təxminən on ildir müzakirələr apardığı məsələlər üzrə sövdələşmələr əldə olunub.

"Biz BMT-nin karbon bazarlarında çoxdan gözlənilən mühüm irəliləyişə nail olduq. Bu addım 2050-ci ilə qədər iqlim həllərinə hər il 1 trilyon dollar yönəldə biləcək, yüksək etibarlılığa malik bazarların potensialını ortaya çıxarır", - deyə Muxtar Babayev əlavə edib.


SON XƏBƏRLƏR