• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

COP29 və COP30 sədrlikləri "Bakıdan Belemə qədər" planını təqdim edib

COP29

18 Sentyabr 2025 | 12:41

COP29 və COP30 sədrlikləri Bakıdan Belemə qədər planını təqdim edib

COP29 sədrliyi Parisdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Beynəlxalq Enerji Agentliyinin təşkil etdiyi İqlim Dəyişikliyi üzrə Ekspertlər Qrupunun Qlobal Forumunda iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat verilib.

"Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru və COP29 Rəyasət Heyətinin nümayəndəsi Elməddin Mehdiyev giriş sözü ilə çıxış edərək, Bakıda əldə edilmiş tarixi nəticələr, sədrliyin prioritetləri və qlobal iqlim gündəliyinin irəli aparılmasına sadiqliyindən danışıb. Forumun ikinci günündə COP29 və COP30 sədrliklərinin üzvləri 1,3 trilyon dollarlıq iqlim hədəfinə nail olmaq üçün Bakıdan Belemə qədər fəaliyyət planının hazırlanmasına həsr olunmuş təqdimat keçiriblər", - paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025