Suriyada keçid hökumətinin prezidenti Əhməd əş-Şara sentybarda BMT-nin Baş Assambleyasının iclasında çıxış edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya xarici işlər nazirliyindən olan mənbə AFP-yə məlumat ötürüb.
Bildirilib ki, Əhməd əş-Şara 1967-ci ildən bəri BMT Baş Assambleyasında çıxış edən ilk Suriya prezidenti olacaq.