• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nazir sürət həddini aşdığı üçün cərimələndi - VİDEO

DÜNYA

25 Avqust 2025 | 17:03

Nazir sürət həddini aşdığı üçün cərimələndi - VİDEO

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkələrdə Ankara-Niğde avtomagistralında 223 km/saat sürətlə hərəkət etdiyi videonu paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, o, sürət həddini aşdığı üçün cərimələndiyini bildirib.

O bildirib ki, sürət həddinin 140 km/saat olduğu yolda radara düşüb və 10000 lirəyə yaxın məbləğində cərimə olunub.

“Ankara-Niğde yolundakı mövcud vəziyyəti yoxlamaq üçün sükan arxasına keçdim. Bu vaxt qeyri-ixtiyari olaraq bir müddət sürət həddini aşdım. Sürət məhdudiyyətlərinə riayət etmək hər kəs üçün məcburidir. Yol jandarmımız tərəfindən zəruri intizam tədbirləri görülüb. İctimaiyyətə bildirmək istəyirəm ki, bundan sonra daha diqqətli olacağam”, – deyə nazir qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026