• Bakı 25° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Bu il Bakıda ticarət dövriyyəsinin həcmi 4 %-dən çox artıb

İQTİSADİYYAT

25 Avqust 2025 | 18:24

Bu il Bakıda ticarət dövriyyəsinin həcmi 4 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 17 milyard 394,8 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin 6 ayı ilə müqayisədə 4,4 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 % artaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 11,9 % artaraq 7 milyard 785,4 milyon manat olub.

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2 % artıb.

İstehlak məhsullarının 38,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.


SON XƏBƏRLƏR