İsrail ordusu Qəzzada Nasser xəstəxanasına edilən hücumla bağlı bəyanat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, İsrail ordusu bəyanatında məsələyə aidiyyəti olmayan şəxslərin ölüm hallarının baş verməsinin təəssüf doğurduğunu və jurnalistləri hədəf almaq niyyətində olmadığını qeyd edib.
Qeyd edək ki, bu gün İsrail Silahlı Qüvvələrinin Qəzzada Nasser xəstəxanasına hücumunda 4-ü jurnalist olmaqlar 15 nəfər həyatını itirib.