Böyük Britaniyanın Uayt adasında helikopter qəzaya uğrayıbş.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, hadisə bu səhər yerli vaxtla saat 9:24-də qeydə alınıb. ğ
Qeyd olunub ki, helikopter Ventnor yaxınlığındakı Şenklin yolundakı tarlaya düşüb.
Regional təcili tibbi yardım xidmətindən bildiriblər ki, hadisə yerinə həkim və ixtisaslaşmış feldşer də daxil olmaqla təcili yardım briqadası gəlib.
Təyyarədə neçə nəfərin olduğu və ölənlərin olub-olmadığı hələ müəyyən edilməyib.
Mina Mikayılova