• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Putin Polşaya yeni səfir təyin etdi

DÜNYA

25 Iyul 2025 | 14:11

Putin Polşaya yeni səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin Georgi Mixnonu Rusiya Federasiyasının Polşadakı yeni səfiri təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.

Məlumata görə, Georgi Mixno, 9 noyabr 1972-ci ildə anadan olub, 29 iyun 2018-ci ildə ona verilən birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəli rusiyalı diplomatdır.

Bildirilib ki, Rusiyanın Polşadakı səfiri təyin olunmazdan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktor müavini vəzifəsində çalışıb. Xarici İşlər Nazirliyi sistemində Mixno beynəlxalq təhlükəsizlik və böhran vəziyyətlərinə cavab məsələləri üzrə ixtisaslaşıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyul 2025