• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib

SİYASƏT

25 Iyul 2025 | 14:25

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min) manatdan “1 153 400 000 (bir milyard yüz əlli üç milyon dörd yüz min) manata qaldırılır.

    İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təmin ediləcək.
    Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

    Fonda bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


    SON XƏBƏRLƏR

    25 Iyul 2025