• Bakı 26° C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

İQTİSADİYYAT

26 Iyul 2025 | 09:21

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib, əvvəlki iclasda baxılan məsələlərlə bağlı məlumat təqdim olunub.

Bakıvaxtı.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Toplantıda SOCAR-ın 2025-ci il üçün tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.

Həmçinin, şirkətin 2025-ci ilin ilk 6 ayı üzrə fəaliyyət nəticələri və icrası planlaşdırılan layihələr barədə məlumat verilib.


SON XƏBƏRLƏR