• Bakı 27° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu

CƏMİYYƏT

26 Iyul 2025 | 17:57

Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu

Regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlim modelləri vasitəsilə isə 18 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38% təşkil edir. Paytaxtla yanaşı, regionlarda da məktəbəqədər təhsil xidmətlərinə marağın artırılması və uşaqların təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir".

Agentlikdən qeyd edilib ki, son illərdə yeni uşaq bağçalarının istifadəyə verilməsi, mövcud məktəbəqədər təhsil müəssisələrin təmiri və yenidən qurulması işləri davam etdirilir.

"Bununla yanaşı, məktəbəqədər təhsil müəssisəsi olmayan ərazilərdə alternativ modellərdən uğurla istifadə olunur ki, bu da regionlarda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının artmasına imkan yaradır.

Belə ki, regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlim modelləri vasitəsilə isə 18 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb olunub. Şirvan və Biləsuvarda isə iki özəl məktəbəqədər təhsil müəssisəsi özəl-dövlət tərəfdaşlığı çərçivəsində qrant proqramına qoşulub və bu layihədən 170 uşaq uşaq bəhrələnib", - deyə əlavə edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2025